Cəmiyyət
Zəlzələ nəticəsində Hələbin tarixi mərkəzində də dağıntılar olub

Suriyada baş verən zəlzələ Hələb şəhərinin tarixi mərkəzində də dağıntılara səbəb olub.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Hələbin bəzi bölgələrində, o cümlədən Fardus, Səlahəddin və Bustan əl-Qəsrdə çoxlu sayda bina uçub.
Səhər saat 4:20 radələrində baş verən zəlzələ nəticəsində Hələbin tarixi mərkəzi olan və UNESCO-nun Ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhər ən çox zərər çəkən bölgələrdən biri olub. O cümlədən bir çox qədim məscid dağılıb.