Cəmiyyət
Xəzərin Dağıstan sahillərində daha 8 suiti cəsədi tapılıb

Dağıstanın paytaxtı Mahaçqalada Xəzər dənizi sahilində daha 8 suiti cəsədi tapılıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Mahaçqalanın Leninsk rayon administrasiyası məlumat yayıb.
“Bu gün səhər saatlarında Mahaçqalanın Leninsk rayon administrasiyasının əməkdaşları tərəfindən yenidən ölü suiti cəsədləri aşkar edilib. Heyvanların cəsədləri Oazis çimərliyinin ərazisində sahilə çıxmış vəziyyətdə tapılıb”, – məlumatda deyilir.
Qeyd edək ki, bundan öncə də Xəzər dənizi sahillərində suiti cəsədləri aşkar olunub.