Gündəm

Xələf Xələfov: “İrandan tələb edilib ki, cinayət şəffaf araşdırılsın”

Azərbaycanın İrandaki səfirliyinə edilən hücum BMT, NATO, Avropa İttifaqı, Türk Dövlətləri Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən qınanılıb.

“Qaynarxett”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

XİN başçısının müavini qeyd edib ki, silahlı hücum dünyanın 60-dan çox ölkəsinin dövlət başçısı, xarici işlər nazirləri və səfirləri tərəfindən terror aktı kimi pislənib.

“İran tərəfindən tələb olunub ki, bu cinayət şəffaf şəkildə araşdırılsın, cinayətkarlar məsuliyyətə cəlb olunsun və Azərbaycan tərəfinə konkret məlumatlar təqdim edilsin”, – X.Xələfov əlavə edib.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button