Gündəm

Türkiyənin XİN başçısı: “Azərbaycanın İrandakı səfirliyinə hücumu bir daha qınayıram”

“Azərbaycanın İrandakı səfirliyinə hücumu bir daha qınayıram”.

“Qaynarxett” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gənc diplomatlarla görüşündə deyib.

O, bu qəbildən olan terror aktları ilə bağlı həmçinin bildirib ki, indiyədək erməni terrorçularının hücumu nəticəsində bir neçə türk diplomatı şəhid olub: “Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button