Türkiyə Azərbaycanın azad olunmuş ərazilərində kənd təsərrüfatının inkişafını dəstəkləyir

Bakı. Trend:
Türkiyə Azərbaycanın azad olunmuş ərazilərində kənd
təsərrüfatının inkişafını dəstəkləyir.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Kənd və Meşəçilik
Təsərrüfatı Nazirliyinin Qida və Nəzarət üzrə baş direktoru Durali
Koçak BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO)
Azərbaycanda birgə fəaliyyətinə həsr olunmuş regional seminar
zamanı deyib.
D.Koçak bu regionun nəhəng potensiala malik olduğunu və regionun
daha çox kənd təsərrüfatı məhsullarına ehtiyacı olduğunu
bildirib.
“BMT-nin məlumatlarına əsasən, dünyada üç milyarda yaxın insanın
ərzağa çıxışı yoxdur. Bu problemlərin qarşısını almaq üçün biz
hərtərəfli əməkdaşlığımızı daha da genişləndirməliyik”, – o qeyd
edib.
Koçak həmçinin, beynəlxalq təşkilatların rolunun və
məsuliyyətinin hər gün daha da artdığını vurğulayıb.
“Türkiyə təbii resursların itkisinin qarşısının alınması üçün
nəhəng resurslar ayırıb. Biz qonşu ölkələrdə 27 layihə həyata
keçirmişik. Qafqazda və Mərkəzi Asiyada balıq təsərrüfatı və su
resursları sahəsində layihələrimiz var. Biz flora və faunanın
qorunmasına böyük diqqət yetiririk”, – o əlavə edib.
Xəbər yenilənəcək