İqtisadiyyat

TAP vasitəsilə üç ölkəyə qaz nəqli nəzərdə tutulan 20 milyard kubmetrdən artıq olub

Bakı. Trend:

Trans-Adriatik boru kəməri (TAP) istismara verildiyi vaxtdan
etibarən üç ölkəyə 20 milyard kubmetrdən artıq qaz nəql edib.

Trend-in məlumatına görə, bu barədə TAP-ın icraçı direktoru Luka
Skyepatt fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlərin 9-cu iclasında çıxışında deyib.

Ötən ilin oktyabr ayında TAP Yunanıstan-Bolqarıstan
interkonnektoruna (IGB) qoşulub və İtaliya, Yunanıstan, Bolqarıstan
ərazisindən keçən boru kəməri ilə nəzərdə tutulan 20 milyard
kubmetrdən artıq qaz nəql olunub. Ötürücülük qabiliyyətinin
genişləndirilməsinin birinci mərhələsini işə salmaqdan məmnunuq və
ötürücülük qabiliyyətinin 2027-ci ilədək ikiqat artırılması
istiqamətində çalışmaqda əvvəlki kimi qərarlıyıq”, – Skyepatti
əlavə edib.

İcraçı direktor TAP konsorsiumunun əsas diqqətini, xüsusən,
Cənub-Şərqi Avropada “yaşıl” enerjiyə keçidin dekarbonizasiyasını
dəstəkləməklə dayanıqlı şəkildə baş verməsinə yönəltdiyini qeyd
edib.


Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr
həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi
vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə
öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada
təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla
Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

Tvitter: @Lyaman_Zeyn

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button