İqtisadiyyat
Son bir ildə iqtisadiyyata kredit qoyuluşları 3 milyard manatadək artıb

Bakı. Trend:
Yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 19
milyard 594,4 milyon manat təşkil edib.
Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən
ilin eyni dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları
2 milyard 935,3 milyon manat artıb.
Qeyd edək ki, ötən il yanvarın 1-nə kredit qoyuluşlarının həcmi
16 milyard 659,1 milyon manat olub.