İqtisadiyyat

SOCAR-ın 2022-ci il üzrə əsas istehsalat göstəriciləri

Bakı. Trend:

Enerji bazarlarında müşahidə edilən volatilliyə, həmçinin qlobal
iqtisadi aktivliyin zəifləməsinə baxmayaraq, SOCAR ötən istehsalat
ilini uğurla başa vurmağa nail olub.

SOCAR-dan Trend
verilən məlumata görə, müvəffəqiyyəti şərtləndirən amillər
sırasında idarəetmənin təkmilləşdirilməsi, müəssisələrimizin
inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının
tətbiqi, biznes dayanıqlılığının gücləndirilməsi və əməliyyat
effektivliyinin artırılması xüsusi yer tutub. Səmərəli fəaliyyətin
nəticələrəri öz əksini şirkətin əsas istehsalat göstəricilərində də
tapıb.

2022-ci ildə SOCAR tərəfindən 73 min metrdən1 çox
qazma işləri həyata keçirilib. Bu, 2021-ci ilin nəticələri ilə
müqayisədə 18,6% çoxdur. Şirkətin müstəqil şəkildə və ya əsas payçı
qismində istismar etdiyi yataqlarda 7,8 milyon ton2
neft, 8,1 milyard kubmetr3 qaz hasil olunub. 2021-ci
ilin müvafiq dövrü ilə müqayisədə qaz hasilatında 2,7% artım qeydə
alınıb. Ölkə üzrə qaz hasilatında da artım tendensiyası davam edib
və 2021-ci illə müqayisədə 6,6% artaraq, 46,7 milyard
kubmetr4 təşkil edib. Ümumilikdə isə, 2022-ci il ərzində
Azərbaycanda 32,6 milyon ton5 xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən
neft həcmləri təqribən 2,6% artaraq 18,5 milyon tona6
yüksəlib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri
ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar
tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a
məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə
19,3% artaraq 22,4 milyard kubmetrə7 yaxın olub.

Hesabat dövründə SOCAR tərəfindən Gürcüstana ixrac olunan qaz
həcmləri 22,2% artaraq 1,4 milyard kubmetr8 təşkil edib.
Ötən il ölkədə ümumilikdə 13,5 milyard kubmetrdən9 çox
təbii qaz istehlak olunub, bu isə əvvəlki illə müqayisədə 4,4%
çoxdur.

2022-ci il ərzində SOCAR tərəfindən 6,2 milyon ton10
neft, 3,5 milyard kubmetr11 qaz emal edilib. SOCAR-ın
Azərbaycandakı müəssisələrində istehsal olunan 2,2 milyon
tondan12 çox neft, neft-kimya və qaz-kimya məhsulları
xarici bazarlara ixrac edilib.

Redaktorlar üçün qeyd:


Mətndə qeyd olunan rəqəmlər oxunaqlılıq məqsədilə
yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər isə, müvafiq olaraq,
aşağıdakı istinadlarda göstərilib.

1 73.084 metr

2 7.785.286 ton
3 8.069.963.000 kubmetr
4 46.736.972.000 kubmetr
5 32.646.406 ton
6 18.530.292 ton

7 22.379.601.000 kubmetr

8 1.411.751.000 kubmetr
9 13.533.971.000 kubmetr
10 6.198.370 ton
11 3.451.848.012 kubmetr
12 2.242.099 ton

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button