Cəmiyyət

SN: Virusdan yayınmaq üçün uşaqlara bitki mənşəli dərman, vitamin vermək olmaz

Uşaqda qusma, ürək bulanma müşahidə olunursa, bu o deməkdir ki, mədə-bağırsaq virusuna yoluxub.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.

Onun sözlərinə görə, bu zaman uşaq həkim nəzarətində olmalıdır və qidasına fikir verilməlidir:

“Xroniki xəstəlikləri, böyrək xəstəlikləri olan, uzun zaman dərman qəbul edən uşaqlar virusa yoluxan zaman mütləq birinci öz həkimi ili əlaqə saxlamalıdır. Virusdan yayınmaq üçün valideynlər uşaqlara bitki mənşəli dərman, sirop, vitaminlər verməli deyil. Bu, virusu daha da artıra və ya daha da pis edə bilər”.

Aysel Şahmar

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button