İqtisadiyyat

Sahibkarlığın İnkişafı Fondu güzəştli kredit planlarını açıqlayıb

Bakı. Trend:

2023-cü ildə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı
Fondu güzəştli kreditlər üçün 150 milyon manat ayıracaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun
idarəetmə heyətinin sədri Osman Xaliyev 2022-ci ilin yekunlarına
həsr edilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, fond sahibkarlıq subyektləri üçün ayrılan
güzəştli kreditlərin həcmini hər il artırmaq niyyətindədir.

Qeyd edək ki, 2022-ci ilin yekunlarına əsasən Sahibkarlığın
İnkişafı Fondu tərəfindən 104,2 milyon manat güzəştli kredit
ayrılıb. Bu məbləğ 2,71 min kiçik və orta sahibkarlıq layihəsini
əhatə edib.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button