İqtisadiyyat

Sahibkarlar “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olublar (FOTO)

Bakı. Trend:

Müxtəlif sektorlarda fəaliyyət göstərən 30-dan çox sahibkar
“Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub.

“Bakı KOB evi”nin rəhbərliyi tərəfindən “Marsol” MMC-nin üzvü
olan biznes subyektlərinə KOB evində sahibkarlar üçün yaradılmış
imkanlar, o cümlədən “G2B” və “B2B” xidmətlər, Startap İnkişaf
Mərkəzi, mediasiya məkanı və təlim otaqları barədə ətraflı məlumat
verilib. Qeyd olunub ki, dövlət qurumları və özəl şirkətlər
tərəfindən sahibkarlara göstərilən xidmətlərin vahid məkanda
toplanması biznes subyektlərinin vaxtına və xərclərinə qənaət
etməyə imkan verəcək.

Sahibkarlar “Bakı KOB evi”ndə onlar üçün yaradılmış şəraitdən
məmnunluqlarını bildirib, KOB evinin xidmətlərindən fəal istifadə
edəcəklərini qeyd ediblər.


“Bakı KOB evi” ilə tanışlıq zamanı sahibkarları maraqlandıran
suallar cavablandırılıb.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button