Gündəm

Səudiyyə Ərəbistanının Baş prokuroru Azərbaycanın Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınayıb

Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacib Azərbaycanın Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınayıb.

Bu barədə “Qaynarxett”a Azərbaycanın Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, o, Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə görüşdə yanvarın 27-də ölkəmizin Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınadığını bildirərək, şəhid olan zabitimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanında işgüzar səfərdə olub.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button