İqtisadiyyat

Rumıniya Azərbaycan neftinin idxalını əhəmiyyətli dərəcədə artıra bilər

Bakı. Trend:

Azərbaycanın Rumıniyaya xam neft ixracı 2022-ci ildə 538 424 ton
təşkil edib ki, bu da 2021-ci illə (173 781 ton) müqayisədə 3,098
dəfə çoxdur.

Trend bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən
xəbər verir.

İxrac dəyər baxımından 80,877 milyon dollardan 378,607 milyon
dollaradək artıb ki, bu da illik hesablamada 4,68 dəfə artım
deməkdir.

2022-ci ilin yekunlarına əsasən, Azərbaycan 19,484 milyard
dollar dəyərində 26,024 milyon ton xam neft və neft məhsulları
ixrac edib ki, bu da 2021-ci illə müqayisədə həcmcə 4,03 faiz az
olmaqla dəyər baxımından 47,4 faiz yüksəkdir.


Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarına
üç boru ilə – Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan
(BTC) boru kəmərləri ilə nəql olunur. Hazırda Bakı-Supsa boru
kəməri ilə nəql dayandırılıb.

Bundan başqa, neft dəmir yolu ilə Gürcüstanın Batumi və Kulevi
terminallarına ixrac olunur.

Tvitter: @Lyaman_Zeyn

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button