RSK-ya məxsus daha 8 avtomobil Laçın-Xankəndi yolundan maneəsiz keçid edib – FOTO – YENİLƏNİB

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 8 avtomobilin maneəsiz hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, aksiya iştirakçıları nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsinə şərait yaradıb. Beləliklə, səhər saatlarından indiyədək Laçın-Xankəndi yolundan RSK-ya məxsus ümumilikdə 34 avtomobil maneəsiz hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, Laçın-Xankəndi yolu humanitar məqsədlər üçün açıqdır.
***
10:13
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus yük avtomobillərinin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus yük avtomobilləri Xankəndindən Laçın istiqamətinə maneəsiz keçid edib.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.