İqtisadiyyat

Rabitəbankda yeni təyinat olub

Bakı. Trend:

Rabitəbankda yeni təyinat olub. Belə ki, Aqşin Əsədzadə Biznes
Proseslərinin İnkişafı Departamentinin Direktor müavini, Rəşad
İsrafilov Kreditlərin Anderraytinqi Departamentinin Direktor
müavini vəzifəsinə təyin edilib.

Bank sahəsində 20 ilə yaxın təcrübəyə malik Akşin Əsədzadə əmək
fəaliyyətinə 2004-cü ildə “Rabitəbank”-da başlamışdır. Bu illər
ərzində o, Fiziki şəxslərə xidmət, Məhsulların inkişafı, Alternativ
satış kanalları, Rəqəmsal xidmətlərin tətbiqi kimi şöbələrə
rəhbərlik etmişdir.

A.Əsədzadə 2000-2004-cü illərdə Qafqaz Universitetinin Mühəndis
İqtisadiyyatı və İdarəetmə fakultəsində Menecment (Bank işi üzrə)
ixtisası üzrə təhsil almışdır.

Rəşad İsrafilov kariyerasında artıq 10 ildən çoxdur ki bank
sahəsində fəaliyyət göstərir. Daha öncə müxtəlif banklarda və özəl
şirkətlərdə Baş analitik, Maliyyə direktoru,
Korporativ şöbənin müdiri vəzifələrində çalışmışdır.


R. İsrafilov 2021-ci ildən etibarən Rabitəbankda çalışır.
2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin
İqtisadi Kibernetika fakultəsində təhsil almışdır. GAF – 2013,
Trade Finance – 2015, Financial Accounting – 2016 sertifikatlarına
sahibdir.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27
xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet
Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı
Mərkəzi ilə müştərilərin xidmətindədir.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button