Cəmiyyət
Qurban Yetirmişli: Qısamüdətli zəlzələnin proqnozunu vermək qeyri-mümkündür

“Qısamüdətli zəlzələnin proqnozunu vermək qeyri-mümkündür”.
APA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib.
O bildirib ki, Seysmoloji Xidmət Mərkəzinin praktikasında iki ortamüddətli zəlzələ proqnozu var:
“Birinci zəlzələ ilə bağlı proqnoz 2000-ci ilin noyabrın 25-də olub. Həmin xəbərdarlıqda Xəzərdə aktiv seysmoloji aktivlik müşahidə olunduğu qeyd edilmişdi. Zəlzələnin proqnozunu vermək nə qədər çətindirsə, onu əhaliyə çatdırmaq da bir o qədər çətindir. İkinci zəlzələnin proqnozunu isə 2012-ci ildə şəxsən mən vermişəm. Balakən zonasında aktivləşmə olmuşdu və mayda zəlzələ oldu”.