Gündəm
Qazaxıstanın Rusiyadakı səfirliyi Azərbaycana başsağlığı verib

Qazaxıstanın Rusiyadakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumla bağlı ölkəmizin Moskvadakı diplomatik nümayəndəliyinə nota göndərib.
Bu barədə “Qaynarxett”a Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilb.
Notada bildirilir ki, Qazaxıstanın Rusiyadakı Səfirliyi baş vermiş silahlı hücum nəticəsində həyatını itirmiş Orxan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralanmış Vasif Tağıyev və Mahir İmanova isə şəfalar diləyir.
Bundan əlavə qeyd olunur ki, dinc insanlara, o cümlədən xaricdə diplomatik xidmətdə olan şəxslərə qarşı istənilən silahlı hücum beynəlxalq hüququn prinsiplərinə və insan mənəviyyatına ziddir.