İqtisadiyyat

Qazaxıstandan BTC vasitəsilə neft tranziti artacaq

Bakı. Trend:

Qazaxıstandan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzit
neft tədarükü bu il artırılacaq.

Trend-in məlumatına görə, bu barədə bp şirkətinin Yaxın Şərq və
Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə
vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə deyib.

“Biz ötən ildən başlayaraq Bakı-Tbilisi-Ceyhan boru kəməri
vasitəsilə Qazaxıstandan neft tədarük edirik. Bu il tədarük həcmi
artırılacaq. Dəqiq rəqəmləri SOCAR-dan öyrənmək mümkündür. Lakin
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə tranzit neftin həcmində
məhdudiyyətlər mövcuddur. Keyfiyyət göstəriciləri səbəbindən biz
boru kəmərinin bütün mümkün tutumunu Qazaxıstan nefti ilə doldura
bilmirik”, – o deyib.


Xəbər yenilənəcək

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button