İqtisadiyyat
Qazaxıstan Almaniyaya ilk neft partiyasını tədarük edəcək

Bakı. Trend:
Qazaxıstan “Drujba” boru kəməri vasitəsilə Almaniyaya 20 min ton
neft tədarük edəcək.
Trend Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə
Qazaxıstanın energetika naziri Bulat Aqçulaqov deyib.
Nazirin sözlərinə görə, xam neftin ilk partiyası fevral ayının
birinci yarısında tədarük olunacaq.
Ətraflı məlumatı buradan ala bilərsiniz.