“Poz-Qazan” oyunlarında yanvarda 7 böyük uduş qazanıldı

Bakı. Trend:
“Azərlotereya” ASC-nin təşkil etdiyi “Poz-Qazan”
lotereyaları üzrə yanvar ayında ümumilikdə 7 böyük uduş
qazanılıb.
Onlardan “Şans Ulduzu”nda 50 000 manat və 2 dəfə 10 000 manat,
“Qızıl”da 2 dəfə 25 000 manat, “Ani 50” və “Göz Muncuğu” ani
lotereyalarında isə 2 dəfə 10 000 manat qazanılıb.
Uduşların qazanıldığı bölgələrə gəlincə, “Şans Ulduzu”nda böyük
uduş – 50 000 manat Abşeron, 10 000 manatlıq uduşlar isə Lənkəran
və Şabran sakinlərinə qismət olub.
“Qızıl”da 25 000 manat böyük mükafat Sumqayıt və Bakıda
qazanılıb. Gəncə sakini Gülşən Hüseynovanı Sumqayıtda, Rəşadət
Hacıyevi isə Binə qəsəbəsində aldığı bilet sevindirib.
“Göz Muncuğu” lotereyasında 10 000 manatı Bakı, “Ani 50”də
analoji mükafatı isə Bərdə sakini qazanıb.
Qeyd edək ki, “Azərlotereya”nın “Poz-Qazan” biletlərində 200
000, 100 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar, eləcə də
milyonlarla digər uduşlar şanslı qaliblərini gözləyir.