İqtisadiyyat

Ötən il “Bibiheybət” Gəmi Təmiri Zavodunda 98 gəmi təmir olunub

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət”
Gəmi Təmiri Zavodunda 2022-ci il ərzində 98 müxtəlif təyinatlı gəmi
təmir edilib.

Bu barədə Trend-ə QSC-dən bildirilib.

Bildirilib ki, gəmilərin 25-i əsaslı, 43-ü tərsanə, 30-u cari
təmir olunub. Bu üzən vasitələrin 82-si ASCO-nun Xəzər Dəniz Neft
Donanmasına, 3-ü Dəniz Nəqliyyatı Donanmasına, 13-ü isə kənar
təşkilatlara aiddir.


“Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərin iştirakı
ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata
keçirilib.

ASCO geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik
xidmətləri təqdim edir. Həm “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu,
həm də “Bibiheybət” Gəmi Təmiri Zavodunun əsas fəaliyyət istiqaməti
ASCO-ya və başqa təşkilatlara məxsus gəmiləri və texniki
avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında
müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir”, –
cəmiyyətdən bildirilib.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button