Cəmiyyət
Nazirlik: Son dövrdə qızılcaya yoluxma qeydə alınmayıb

Son dövrdə qızılcaya yoluxma qeydə alınmayıb.
Bu barədə APA-nın sorğusuna Səhiyyə Nazirliyindən verilən cavabda deyilir. Bildirilib ki, mövsümlə əlaqədar olaraq suçiçəyinə yoluxma yüksəlib.
“Mövsüm sona çatdığı üçün suçiçəyinə də yoluxma artıq müşahidə olunmur”, – deyə qeyd edilib.
Qeyd edək ki, son günlərdə əhali arasında qızılca və suçiçəyinə yoluxmanın artması ilə bağlı məlumat yayılıb.