İqtisadiyyat
Naxçıvanda təmiz enerji istehsal edəcək iki elektrik stansiyası inşa olunur

Bakı. Trend:
Hazırda Naxçıvan MR-da təmiz enerji istehsal edəcək iki elektrik
stansiyası inşa olunmaqdadır.
Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikası
energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-ABŞ Yaşıl
Enerji Forumunun kuluarlarında deyib.
“Naxçıvanda müəyyən illərdə elektrik enerjisinin istehsalında
ənənəvi enerjidən daha çox təmiz enerjidən istifadə olunur və bu
göstərici bəzən enerji istehsalının ümumi həcminin 50 faizini keçə
bilir. Naxçıvan MR-in digər bir xüsusiyyəti Türkiyə bazarına
birbaşa çıxışının olmasıdır”, – o deyib.
E.Soltanov Naxçıvanın iri enerji layihələrinin reallaşdırılacağı
məkan olacağına əminliyini ifadə edib.