İqtisadiyyat

Naxçıvan Azərbaycandan Türkiyə və Avropaya təmiz enerji nəqli üçün qovşağa çevriləcək – Nazir müavini

Bakı. Trend:

Naxçıvan Azərbaycandan Türkiyəyə və Avropaya təmiz enerjinin
nəqli üçün qovşağa çevriləcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası
energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-ABŞ Yaşıl
Enerji Forumunda deyib.

“Biz artıq bu bölgədə müvafiq layihələrin icrasına başlamışıq”,
– o əlavə edib.

E.Soltanov qeyd edib ki, Azərbaycan yaşıl enerji sahəsində
beynəlxalq əməkdaşlıq üçün böyük potensiala malikdir.

“Biz bazarın bütün iştirakçıları ilə əməkdaşlıqda maraqlıyıq.
Artıq ölkəyə xarici investisiyalar cəlb etməkdəyik. Bildiyiniz
kimi, bp ilə birgə Qarabağda günəş elektrik stansiyası inşa etməyi
planlaşdırırıq. Xatırladım ki, son səkkiz ay ərzində bir sıra
elektrik stansiyalarının inşası üzrə razılaşmalar əldə etmişik və
bu elekrik stansiyaları 2030-cu ilədək 25 qiqavat elektrik enerjisi
hasil edəcək. Ölkəmizin yaşıl enerji hasilatındakı ümumi potensialı
200 qiqavat təşkil edir”, – o deyib.


Bakı Biznes mərkəzində Azərbaycan-ABŞ “Yaşıl enerji” forumu
keçirilir.

Forumda Azərbaycanda səfərdə olan ABŞ ticarət nazirinin
köməkçisi Arun Venkataraman, ABŞ-ın Azərbaycandakı səfirliyinin
müvəqqəti işlər vəkili Hugo Guevara, ABŞ-Azərbaycan Ticarət
Palatasının prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu, Azərbaycanın
energetika nazirinin müavini Elnur Sultanov və başqaları iştirak
edirlər.

Tədbirdə Azərbaycan ilə ABŞ-ın enerji sahəsində əməkdaşlıq
əlaqələri, “yaşıl enerji”nin istehsalı istiqamətində təcrübə
mübadiləsi, enerji ixracı, sərmayə yatırımı və digər məsələlər
müzakirə olunur.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button