İqtisadiyyat

Monteneqro öz bərpaolunan enerji sektoruna Azərbaycandan investisiyalar cəlb etməkdə maraqlıdır – Vitse-prezident

Bakı. Trend:

Monteneqro ölkənin yaşıl enerji sektorunun inkişafına Azərbaycan
tərəfindən investisiyaların qoyulmasına açıqdır.

Bu barədə Monteneqronun vitse-prezidenti, investisiyalar naziri
Ervin İbrahimoviç Trend-ə müsahibəsində deyib.

E.İbrahimoviç Monteneqronun azərbaycanlı investorlarla artıq
səmərəli əməkdaşlığa başladığını deyib.

“Monteneqronun külək, günəş, həmçinin hidroenerji sahəsindəki
potensialını nəzərə alaraq ölkəmizdə bərpa olunan enerji mənbələri
sənayesinin inkişafı üzərində çalışırıq və xarici investisiyalar,
xüsusən Azərbaycan investrorları üçün açığıq, çünki sizin
ölkənizdən olan investorlarla böyük iş təcrübəsinə malikik”, – o
əlavə edib.

Nazir həmçinin Azərbaycanla Monteneqro arasında təkcə səmərəli
tərəfdaşlıq münasibətlərinin deyil, həm də dostluq əlaqələrinin
qurulduğunu qeyd edib.

“Şadıq ki, Azərbaycan bizim dostumuzdur və şübhəsiz,
dostlarımızdan ala biləcəyimiz istənilən dəstəyi nəzərə alırıq. Bu
aspektdə qaz böyük əhəmiyyət kəsb edir, belə ki, bu mavi yanacaq
Monteneqronun enerji müstəqilliyini və dayanıqlılığını təmin edə
bilər”, – E.İbrahimoviç yekun olaraq bildirib.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button