İqtisadiyyat

Monteneqro Azərbaycan qazına çıxış əldə etməkdə maraqlıdır – Baş nazir

Bakı. Trend:

Monteneqro Bar limanı vasitəsilə Azərbaycan qazına çıxış əldə
etməkdə maraqlıdır.

Trend-in Monteneqro hökumətinin saytına istinadən məlumatına
görə, bu barədə ölkənin baş naziri Dritan Abazoviç deyib.

O, İon-Adriatik boru kəməri (IAP) layihəsinin
reallaşdırılmasının enerji mənbələrinin stabilliyinə və
diversifikasiyasına töhfə verəcəyini qeyd edib. Onun sözlərinə
görə, bu, Monteneqro və qonşu ölkələrə Xəzər regionu və Qərbi
Avropa arasında körpü rolunu oynamağa kömək edəcək.

Baş nazir bu yaxınlarda Azərbaycan və Avropa İttifaqı arasında
ölkədən qaz nəqlinin 2027-ci ilədək ikiqat artırılmasını nəzərdə
tutan Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun
imzalanmasını müsbət qarşılayıb.

Qeyd edək ki, nəzərdə tutulan İon-Adriatik boru kəməri
Cənub-Şərqi Avropanın bir çox ölkəsinə qaz nəqli üçün
Trans-Adriatik boru kəmərinə (TAP) qoşula bilər.

516 kilometr uzunluğa malik boru kəməri Albaniya, Monteneqro,
Bosniya və Herseqovina ərazisindən keçəcək və Xorvatiyada bitəcək.
Boru kəmərinin ötürücülük qabiliyyəti illik beş milyard kubmetr qaz
təşkil edəcək.

TAP artıq bu layihənin tərtibatçıları ilə, xüsusən Plinacro
(Xorvatiya), BH-Gas (Bosniya və Hersoqovina), GeoplinPlinovodi
(Sloveniya) şirkətləri ilə, həmçinin Monteneqro və Albaniya
hökumətləri ilə anlaşma və tərəfdaşlığa dair memorandumlar
imzalayıb.

TAP və IAP işçi qrupları yaradılıb və texniki qoşulma
məsələlərinin razılaşdırılması məqsədilə mütəmadi görüşlər
keçirilməkdədir.

Twitter: @Lyaman_Zeyn

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button