Gündəm

MM-in komitə sədri: “Kinematoqrafiya haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı iş gedir”

“Kinematoqrafiya haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı hələ də iş gedir.

“Qaynarxett” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, qanun layihəsi ilə bağlı spiker Sahibə Qafarovaya məruzə edilib:

“Yeni layihə ilə bağlı dinləmə keçiriləcək və bununla bağlı işçi qrupu da yaradılacaq. Gələn təkliflər ümumiləşdirilərək bu sessiya müddətində tam çatmasa da, parlamentin növbəti payız sessiyasına salına bilər. Çünki bu sahədə həllini gözləyən çoxlu məsələlər var. Qanun layihəsi gələcəyin çağırışlarına cavab verən səviyyədə olmalıdır”.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button