Gündəm

Milli Məclisdə turizmlə bağlı müzakirələrin keçirilməsi təklif edilib

“Azərbaycanda demək olar ki, pandemiya artıq sona çatır. Gediş-gəliş əlaqələri də bərpa olunur. Təklif edirəm ki, parlamentin yaz sessiyası müddətində turizmin icra vəziyyəti ilə bağlı həm turizm şirkətlərinin rəhbərləri, həm də aidiyyəti üzrə qurumlarda müzakirə aparaq”.

“Qaynarxett” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında deyib.

Komitə sədri təklif edib ki, toplantıda “Turizm haqqında” qanuna hər hansı dəyişiklik və ya əlavə edilməsinin zəruriliyi müzakirə edilsin:

“Hesab edirəm ki, bu, faydalı ola bilər”.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button