İqtisadiyyat

Macarıstanla yeni biznes təşəbbüslərinin reallaşdırılması üçün geniş imkanlar var (FOTO)

Bakı. Trend:

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Budapeştdə
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə
görüşüb.

Nazirlikdən Trend-ə verilən
məlumata görə, tərəflər Azərbaycan-Macarıstan əlaqələrinin strateji
tərəfdaşlıq prinsiplərinə əsaslandığını, hər iki ölkə rəhbərliyinin
əməkdaşlığın inkişafına, mövcud potensialdan səmərəli istifadəyə
xüsusi önəm verdiklərini vurğulayıblar.

Görüşdə tərəfdaşlığın genişləndirilməsi üçün çoxşaxəli
müqavilə-hüquq bazasının yaradıldığı, iqtisadi-ticarət
əməkdaşlığının inkişafı qeyd edilib. İki ölkə arasında
tərəfdaşlığın genişlənməsinə qarşılıqlı marağın göstəricisidir ki,
Azərbaycan-Macarıstan ticarət dövriyyəsi artır, qarşılıqlı faydalı
investisiya əməkdaşlığı həyata keçirilir. Bildirilib ki,
energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd
təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin
gücləndirilməsi üçün imkanlar böyükdür və Azərbaycan bu potensialın
reallaşdırılması üçün zəruri tədbirlər görür. Ölkəmizdə yaradılmış
əlverişli infrastruktur və tətbiq olunan güzəştlər əczaçılıq
sahəsində də tərəfdaşlığı genişləndirə, dərman vasitələrinin birgə
istehsalını təşviq edə bilər.


İqtisadiyyat naziri Azərbaycan ərazisindən keçən nəqliyyat
dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad
İqtisadi Zonasının imkanları barədə də məlumat verib, Macarıstan
şirkətləri ölkəmizin əlverişli biznes mühitindən, tranzit
potensialından yararlanmağa dəvət edib.

Görüşdə iqtisadi tərəfdaşlığın gücləndirilməsi istiqamətləri
müzakirə edilib.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button