Laçın-Xankəndi yolundan RSK-nın maşın karvanları keçib – VİDEO – YENİLƏNİB-1

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Laçın-Xankəndi yolundan RSK-ya məxsus 7 maşından ibarət karvan Xankəndidən Laçına, 18 avtomobil isə Laçından Xankəndiyə maneəsiz keçid edib.
Səhər saatlarından indiyədək yoldan RSK-ya məxsus 48 avtomobil keçib.
***
11.29
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus 16 maşından ibarət karvan Xankəndidən Laçın istiqamətinə, 3 yük avtomobili isə əks istiqamətə keçid edib.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.
***
10:01
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus 2 yük maşını Laçın-Xankəndi yolundan maneəsiz keçid edib.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.