Cəmiyyət

Laçın-Xankəndi yolundan RSK-nın daha bir maşın karvanı keçib – FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK- ya məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb. Müxtəlif saatlarda Xankəndidən gələn RSK-ya məxsus üç minik, bir yük avtomobili Laçın, Laçından gələn bir minik avtomobili isə Xankəndiyə gedib.

Ümumilikdə RSK nə məxsus 5 avtomobilin maneəsiz keçidi reallaşıb.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button