Cəmiyyət

Laçın-Xankəndi yolundan RSK-nın daha 2 maşını keçib – VİDEO – YENİLƏNİB-1

Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidən Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus daha 2 təchizat maşını maneəsiz keçid edib.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarından indiyədək ümumilikdə RSK-nın 36 maşını maneəsiz keçid edib.

Aksiya iştirakçıları RSK-ya məxsus maşınların maneəsiz keçidinə şərait yaradıblar.

***

saat 10.48

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK nə məxsus 15 maşından ibarət karvan Xankəndindən Laçına maneəsiz keçid edib.

***

saat 10.40

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn RSK-nə məxsus bir minik, 6 təchizat maşın Laçın-Xankəndi yolunun aksiya keçirilən ərazidən maneəsiz keçərək Laçın istiqamətinə gedib.

Bu gün indiyədək RSK-nə məxsus 11 maşın aksiya keçirilən ərazidən maneəsiz keçid edib.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button