Cəmiyyət

Laçın-Xankəndi yolunda aksiya 54 gündür davam edir, RSK-ya məxsus 3 maşın keçib – FOTO – VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA- nın Şuşa şəhərinə ezam olunan müxbiri xəbər verir ki, aksiya gecə boyu davam edib.

Havanın şaxtalı olması və qar yağması aksiyanın gedişatına mənfi təsir göstərə bilməyib.

Ekofəallar aksiyanın 54-cü günündə də RSK-ya məxsus avtomobillərin gediş-gəlişinə maneə törətməyib.

Səhər saatlarında RSK-ya məxsus bir minik, 2 təchizat maşını aksiya keçirilən ərazidən maneəsiz keçid edib.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button