İqtisadiyyat

Kibertəhlükəsizlik təlimlərinə start verilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, “Coders
Azerbaijan” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin
“Technest” Təqaüd proqramının birgə təşkilatçılığı ilə “Winter
Cyber Security Camp” formatında təlimlərə start verilib. Kamp
Azərbaycan Gömrük Akademiyasında təhsil alan 20 nəfər 1-4-cü kurs
tələbəsini əhatə edir.

Dərslər 1-14 fevral tarixlərində Gömrük Akademiyasının tədris
binasında və “Coders Azerbaijan” proqramlaşdırma mərkəzində
keçiriləcək. Təqaüdçülər intensiv tədrisdə iştirak edərək həm
nəzəri, həm də praktiki bilik və bacarıqlar qazanacaq, kampın
sonunda qruplar halında layihə təqdim edəcəklər.

Tədris prosesinə yerli ekspertlərlə yanaşı, Türkiyənin məşhur
Karmasis və GAİS kibertəhlükəsizlik şirkətlərinin ekspertləri cəlb
edilib.

Proqramın yekununda iştirakçıların Azərbaycan Dövlət Gömrük
Komitəsində işlə təmin olunacağı gözlənilir.

Xatırladaq ki, “Technest” Təqaüd Proqramı 2021-ci ildə
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təsis olunub.
Əsas məqsəd ölkədə İKT istiqamətində təhsil imkanlarını əlçatan
etmək və bu sahənin inkişafına töhfə verməkdir. Təqaüd proqramı
üzrə yerli brend olan “Technest” – ölkədə ilk İKT kadr bankının
yaradılmasına və təqaüdçülərin əmək bazarına inteqrasiyasının təmin
olunmasına xidmət edir.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button