İqtisadiyyat

Kaspersky kriptovalyuta oğurlayan troyan aşkarlayıb

Bakı. Trend:

Kaspersky tədqiqatçıları kriptovalyuta oğurlamaq məqsədilə
yaradılan yeni kampaniya aşkar ediblər. Üçüncü tərəfin internet
resurslarında Tor brauzeri adı altında gizlənən təcavüzkarlar
CryptoClipper* yayırlar. İstifadəçinin sisteminə daxil olduqda, bu
troyan bəzi məşhur proqramların, məsələn, uTorrent-in işarəsi kimi
gizlənərək özünü avtomatik başlama funksiyasına əlavə edir. Zərərli
proqram mübadilə buferində kripto pul kisəsinə bənzəyən ünvan tapan
kimi onu dərhal təcavüzkarın məxsus olan ünvanlardan birinə
dəyişir.

Bu zərərli kampaniya ilə 52 ölkədə 15000-dən çox istifadəçi ilə
üzləşib. Kibercinayətkarların qurbanlarının sayına görə ilk onluğa
Rusiya, ABŞ, Almaniya, Özbəkistan, Belarus, Çin, Hollandiya, Böyük
Britaniya və Fransa da daxildir. Ekspertlərin fikrincə, 2023-cü
ildə zərərli proqramların köməyi ilə 400 min dollardan çox
kriptovalyuta oğurlanıb. CryptoClipper Bitcoin, Ethereum, Litecoin,
Dogecoin və Monero kimi kripto pul kisələrinin ünvanlarını başqası
ilə əvəz edə bilir.

“Kriptovalyuta oğurluğu qaytarılması mümkün olmayan pul
köçürməsidir. Belə hallarda zərərçəkmişlərin vəsaitlərinin
qaytarılmasına praktiki olaraq heç bir ümidi qalmır. Eyni zamanda,
zərərli proqram çox vaxt passivdir, bu da onu sistemdə aşkarlamağı
çətinləşdirir. Zərərli proqramların əksəriyyəti operatorla qurbanın
sistemi arasında əlaqə kanalı tələb edir, amma bu zərərli proqram
rabitəsiz işləyir və tamamilə avtonomdur. Bu cür proqramlar
qurbanın kripto pul kisəsinin ünvanını dəyişdirmək məqsədinə çatana
qədər heç bir mövcudluq əlaməti göstərmədən istifadəçinin
sistemində illərlə qala bilər”, – deyə Kaspersky-nin aparıcı
kibertəhlükəsizlik eksperti Vitali Kamlyuk qeyd edir.



Kripto pul kisələrini qorumaq üçün Kaspersky mütəxəssisləri
istifadəçilərə tövsiyə edirlər:

  • proqram təminatını yalnız etibarlı mənbələrdən yükləyin;
  • üçüncü tərəfin saytlarında bunu etməyin, mümkünsə, yalnız rəsmi
    mənbələrdən istifadə edin;
  • bütün proqramları zamanında yeniləyin ki, təcavüzkarların məlum
    zəifliklərdən istifadəsinin qarşısını ala biləsiniz;
  • cihazlarınızın təhlükəsizliyini təmin edəcək etibarlı həllərdən
    istifadə edin. Məsələn, Kaspersky Internet Security kriptovalyuta
    oğurluğu ilə bağlı bütün növ zərərli proqramlardan qoruyur;
  • Şübhəli və ya naməlum mənbələrdəki linklərə klikləməyin və ya
    qoşmaları yükləməyin – onların tərkibində zərərli proqram ola
    bilər.

*CryptoClipper – mübadilə buferində kripto pul kisəsi
nömrələrini əvəz edən troyandır.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button