Kapital Bank yenə də müştərilərin kreditini ödəyəcək

Bakı. Trend:
Kapital Bank nağd pul krediti götürən müştərilər üçün yenidən
“Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirir.
Şərtlərə görə 6 fevral – 29 mart 2023-cü il tarixləri arasında
onlayn kanallar vasitəsilə kredit götürən müştərilər avtomatik
olaraq lotereyada iştirak edib, qalib ola bilərlər.
3 mart və 5 aprel tarixlərində keçirilən tirajlar zamanı hər ay
üzrə 23 müştərinin maksimum 500 AZN olmaqla aylıq kredit ödənişi
bank tərəfindən ödəniləcək. 5 aprel 2023-cü il tarixində
keçiriləcək ikinci tirajda isə həmçinin ümumilikdə lotereyada
iştirak hüququ qazanan, hətta əvvəlki tirajlarda qalib olan 3
müştərinin maksimum 10 000 AZN olmaqla bütün kredit məbləği Kapital
Bank tərəfindən ödəniləcək.
Qaliblər 3 mart və 5 aprel 2023-cü il tarixlərində, saat
11:00-da, Bankın “Birstudio” ofisində (Bakı şəhəri, Cəfər Cabbarlı
küçəsi, 44 ünvanında), tiraj komissiyasının müəyyən olunmuş
üzvlərinin iştirakı ilə, kompüterdə xüsusi proqramın təsadüfi
seçimi vasitəsilə müəyyən olunacaq. Bankın Facebook sosial şəbəkə
səhifəsində canlı yayımlanacaq.
Qeyd edək ki, əməkhaqqını Kapital Bank və ya digər banklardan
alanlar 30 000 manatadək nağd pul kreditini maksimum 59 ayadək ala
bilərlər. Nağd pul kreditinin illik faiz dərəcəsi 13%-dən başlayır,
nağdlaşma komissiyası isə 0% təşkil edir. Kredit üçün https://www.kapitalbank.az
saytına, Birbank rəqəmsal bankına, 8196 qısa nömrəsinə 1 yazıb
göndərməklə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət etmək kifayətdir. Kredit şərtləri və lotereya
barədə ətraflı məlumat üçün – https://kbl.az/kbgtkl.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün — https://kbl.az/krdt,
Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.