Cəmiyyət
Kanadalı jurnalist: Laçın-Xankəndi yolunda heç bir problem yoxdur, blokada görmədim

“Mən dağıntıların posterlərini, doğru olaraq təbiəti qoruyan çox həvəsli etirazçıları gördüm. Onlar özlərini bu işə həsr etmiş, ölkəsini və təbiəti sevən şəxslərdir”.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bunu Laçın-Xankəndi yolunda eko-fəalların etiraz aksiyasını izləyən Kanadadan olan jurnalist Deyv Qordon jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, aksiyaçılar öz gələcəkləri üçün ən yaxşı olanı istəyirlər: “Mən burada hər hansı bir problem görmədim. Avtomobil karvanı yoldan maneəsiz hərəkət edir. Avtomobillərin hərəkət etməsi üçün yol var, heç kim heç nəyi bloklamayıb. Ona görə də insanlar “blokada” dedikdə nəyi nəzərdə tuturlar, anlamıram. Çünki mən bunu orada görmədim”.