Gündəm

“İrəvandan köçərkən ermənilər “türklər gedir, onların yüklərini yandıraq” deyiblər” – MÜSAHİBƏ

1987-ci ildən keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri geniş vüsət almağa başlamışdı. 1988-ci ildə isə Ermənistanda azərbaycanlılar yaşadıqları ərazilərdən dördüncü, yəni sonuncu dəfə qovuldu. Beləliklə, Qərbi Azərbaycandan (Ermənistan adlandırılan yerdən) 250 min azərbaycanlı öz ata-baba yurdlarından qaçqın düşdü.

“Qaynarxett”un əməkdaşı mövzu ilə əlaqədar Qərbi azərbaycanlı jurnalist, araşdırmaçı, yazıçı və kolleksiyaçı Dilqəm Əhmədlə söhbət edib. Müsahibəni təqdim edirik:

– Əslən Qərbi azərbaycanlısız. Hansı bölgədənsiz? Bakıya hansı şəraitdə köçmüsünüz?

– 1985-ci ildə İrəvan şəhərinin Zəngibasar mahalının Zəngilər kəndində doğulmuşam. Məlum deportasiya zamanı ailəmiz 1988-ci ilin oktyabr ayında Sumqayıta gəlməyə məcbur olublar, daha sonra isə Bakıya köçüblər. Atam, anam, eləcə də babalarım Zəngibasar mahalında doğulublar. Yəni, köklü şəkildə bu bölgənin sakinləri olmuşuq. Atam oradan köçə məcbur edildiyi zaman 28 yaşı olmasına baxmayaraq kəndimizdəki hər çığırı, hər divarı, bir sözlə, hər künc-bucağı bugünkü kimi xatırlayır. İnsanın uşaqlıq və gənclik illərini keçirdiyi ata-baba yurdunu unutması mümkün deyil. Ailəmiz ötən illər ərzində həmişə yurd həsrəti ilə yaşadı. Yaşlı insanların çoxu isə qaçqın düşdükdən sonra uzun illər yaşaya bilmədi. Məsələn, mənim babam deportasiyadan iki il sonra vəfat etdi. Biz indiki Ermənistan ərazisindən qovulan sonuncu türklər olduq. Ermənilər özlərini dünyaya humanist xalq kimi göstərməyə çalışsalar da, faktiki olaraq Ermənistan monoetnik dövlətdir.

– Ailənizin Qərbi Azərbaycandakı evi fiziki olaraq qalırmı? “Google maps”la baxırsınızmı?

– İllər əvvəl “Google maps” proqramı istifadəyə veriləndə atamla birgə evimizi tapdıq. Atam deportasiya zamanı başımıza gələn, eyni zamanda, erməni xislətini açıq-aşkar göstərən bir hadisəni bu zaman bizə danışdı. Belə ki, İrəvandan köçərkən ermənilər “türklər gedir, gəlin onların yüklərini yandıraq” deyə qışqırıblar.

Atam qondarma erməni soyqırımının anım günü keçirilən zaman şəhərə getməyin bizim üçün təhlükəli olduğunu da tez-tez xatırlayardı. Bir sözlə, biz erməni təhdidini hər zaman hiss etmişik.

– “Qərbi Azərbaycan İcması” ictimaiyyəti “Qayıdış Konsepsiyası”nın layihəsinə dair təkliflərini təqdim etməyə çağırıb. Sizin hansısa təklifiniz olacaq?

– Mən məsələyə bir tarixçi kimi də yanaşmaq istəyirəm. 1827-ci ildə İrəvan xanlığı işğal edildi və bir il sonra İrandan, Anadoludan bu bölgəyə kütləvi şəkildə ermənilərin axını oldu. Çar Rusiyası faktiki İrəvan xanlığının yerində erməni vilayəti yaratdı və tədricən İrəvan bölgəsi erməniləşdirilməyə başlandı. Mənim şəxsi arxivlərimdə və digər bir çox tarixi şəkillərdə İrəvanın çox məscidli bir şəhər olduğu görünür. Yəni, İrəvan həmişə müsəlman-türk şəhəri olub. Bu baxımdan hesab edirəm ki, 1827-ci ildən 1988-ci ilə qədər orada yaşayan azərbaycanlıların deportasiyası, soyqırımına məruz qalması faktlarının silsilə şəklində araşdırılmasını və İrəvan bölgəsi ilə əlaqədar çalışan tarixçilərin təşkilatının yaradılmasını təklif edəcəm. Digər bir təklifim isə insanların Qərbi Azərbaycan barədə daha çox maarifləndirilməsinə çalışmaqdır. Məsələn, bura hansı ərazilərin daxil olması, oradakı tarixi abidələrimiz barədə soydaşlarımızı maarifləndirmək lazımdır. Əcnəbi bir fotoqraf İrəvanda dağıdılmış “Ağadədə” məzarlığının şəklini çəkmişdi. Həmin məzarlığı görəndə çox məyus oldum. Həmin məzarlardan biri də mənim qohumlarıma aid idi. Əslində bu, bizim üçün yeni məsələ deyildi. Ermənilərin məzarları dağıtması faktlarını Qarabağda da görmüşük.

– “Qərbi Azərbaycan İcması” Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımızın təşkilatlanmasında necə rol oynaya bilər?

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button