Cəmiyyət

İqtisadi Şuranın bu ildə ilk iclası keçirilib – FOTO

Yanvarın 27-də Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində İqtisadi Şuranın 2023-cü il üzrə Fəaliyyət Planı və maliyyə-bank sektoruna dair vergi məsələləri ətraflı müzakirə olunub.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib.
İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button