İqtisadiyyat

İKT sektoruna vergi və sosial sığorta üzrə güzəştlər verilir

Bakı. Trend:

Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlər”in beş əsas istiqamətindən biri kimi müəyyən
edilib.

Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, eyni
zamanda, “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf
Strategiyası”nda informasiya-kommunikasiya texnologiyaları (İKT)
sahəsinin inkişafı ayrıca hədəf kimi göstərilib.

İKT sahəsinin inkişaf etdirilməsi, bu sahədə hüquqi və fiziki
şəxslərin fəaliyyətlərinin dəstəklənməsi və stimullaşdırılması,
ölkədə rəqəmsal inkişafın təşviq olunması, xarici investisiyaların
cəlbediciliyinin təmin edilməsi, yüksək ixtisaslı mütəxəssislərin
və kadrların cəlb olunması məqsədilə Vergi Məcəlləsində və “Sosial
sığorta haqqında” Qanunda 2023-cü il yanvarın 1-dən qüvvəyə minən
dəyişikliklər edilib.

Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, texnologiyalar
parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem
inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf
etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər qeydiyyata
alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə – gəlir
(mənfəət), əmlak və torpaq vergiləri, dividendlər, texnikanın,
texnoloji avadanlıqların və qurğuların idxalına münasibətdə ƏDV-dən
azad edilib. Adıçəkilən şəxslərə vergi güzəştləri onların həm
texnopark, həm də texnoparkdan kənar fəaliyyətinə şamil edilir.

Sistem inteqrasiyası, proqram təminatının hazırlanması və
inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərdə işləyən
fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir
vergisi 01.01.2023-cü il tarixdən 3 il müddətinə 8000 manatadək
aylıq gəlir olduqda 0 faiz, 8000 manatdan artıq gəlirlərə
münasibətdə 5 faiz və 01.01.2026-cı il tarixdən7 il müddətinə aylıq
gəlirin 5 faizi məbləğində tutulacaqdır.

“Sosial sığorta haqqında” Qanunda dəyişikliyə əsasən,
texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası,
proqram təminatının hazırlanması və inkişaf etdirilməsifəaliyyətini
həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa
müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin
məqsədləri üçün cəlb edilən əvətəndaşlığı olmayan şəxslər 2023-cü
il yanvarın 1-dən 10 il müddətinə

Sığortaolunanlar bununla əlaqədar hər il yanvar ayının 15-dək öz
seçimləri barədə yazılı məlumatı sığortaedənə təqdim edirlər və
təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Növbəti təqvim
ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı
məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin
sığortaolunanın seçimini tətbiq edir.

Qəbul edilmiş dəyişikliklər ortamüddətli perspektivdə İKT
sektoruna canlanma gətirəcək, nəticə etibarilə sahibkarlığın
inkişafına ciddi təkan verəcək, bu sahədə Azərbaycanı regionun
mərkəzinə çevirəcək, habelə İKT sahəsində digər ölkələrlə
müqayisədə iqtisadi mühitini cəlbedici etməklə yanaşı, İKT
məhsullarının innovativliyinin və keyfiyyətinin artırılmasına
dəstək olacaq.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button