İqtisadiyyat
İcmal büdcənin gəlirləri proqnozu 15 faiz üstələyib

Bakı. Trend:
2022-ci il icmal büdcəsinin gəlirləri 42289,5 mln. manat təşkil
edib ki, bu da proqnoza nisbətən 5528,6 mln. manat və ya 15,0 faiz,
2021-ci illə müqayisədə isə 8385,8 mln. manat və ya 24,7 faiz
çoxdur.
Maliyyə Nazirliyindən
Trend-ə verilən məlumata görə, icmal büdcənin xərcləri 35061,0
mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 579,9 mln. manat
və ya 1,6 faiz az, 2021-ci illə müqayisədə isə 5070,5 mln. manat və
ya 16,9 faiz çoxdur.
2022-ci ilin icmal büdcəsində 7228,5 mln. manat büdcə artıqlığı
(profisit) yaranmışdır. Bu da proqnoza nisbətən 6108,5 mln. manat
və ya 6,5 dəfə çoxdur.