İqtisadiyyat

Gürcüstan Azərbaycan və Türkiyə ilə sərhəddə “Vahid dayanacaq” prinsipi tətbiq etmək istəyir

Bakı. Trend:

“Gürcüstanın qonşu ölkələrlə, xüsusən Azərbaycan və Türkiyə ilə
sərhəddində “Vahid Dayanacaq” prinsipi tətbiq edilməlidir.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri Laşa
Xutsişvili gürcü jurnalistlərə deyib.

Tədbirdə çıxış edən Xutsişvili birgə keçid məntəqələrindən və
keçid məntəqələrini birgə idarəetmə layihələrindən danışıb.

“Ölkələr gömrük administrasiyasının birgə mexanizmlərinin
tətbiqinə siyasi cəhətdən tam hazırdır. Əminəm ki, Qafqaz bu
baxımdan böyük potensiala malik regiondur, burada birgə keçid
məntəqələri üzrə daha qabaqcıl təcrübə və ya məntəqələrin birgə
idarə olunması prinsipləri formalaşa bilər”, – Xutsişvili
jurnalistlərə deyib.

Nazirin sözlərinə görə, bu prinsip daha sonra başqa ölkələrdə də
tətbiq oluna bilər.

“”Vahid dayanacaq” prinsipi Gürcüstanda bütün avtomobil keçid
məntəqələrində tətbiq olunub, lakin barizdir ki, qlobal təchizat
zəncirləri üçün bir ölkədə müasirləşmiş rəsmi prosedurlar yetərli
deyil, bütünlükdə Orta Dəhlizin ötürücülük qabiliyyəti, çevikliyi
və öncədən təyinat lazımdır”, – o deyib.

Nazir Gürcüstan gömrüyünün təkcə yuxarıda adı çəkilən ölkələrlə
deyil, həm də Ukrayna və Özbəkistanla da artıq ilkin elektron
məlumatların mübadiləsini apardığını açıqlayıb.

Onun sözlərinə görə, digər ölkələrin gömrük
administrasiyalarından əldə edilən məlumatların istər risk
idarəetməsi, istərsə də xidmətin təkmilləşdirilməsi baxımından daha
effektiv istifadəsi gündəmdə duran əsas məsələdir.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button