İqtisadiyyat

FAO və Azərbaycan arasında əməkdaşlığın ikinci mərhələsi üzrə saziş imzalanacaq

Bakı. Trend:

2023-cü ilin sonunadək BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı (FAO) və Azərbaycan arasında əməkdaşlığın ikinci
mərhələsi üzrə saziş imzalanacaq.

Trend-in məlumatına görə, bu barədə FAO-nun Azərbaycan
nümayəndəsinin müavini Bariz Mehdiyev jurnalistlərə deyib.

O, tərəflərin 2025-ci ilədək əməkdaşlıq çərçivəsində doqquz
prioritet istiqamətdə çalışdığını xatırladıb.

“Hazırda əməkdaşlığın ikinci mərhələsinin imzalanmasına texniki
hazırlıq gedir və biz bu il ərzində onu tamamlayaraq müvafiq
razılaşma imzalamaq niyyətindəyik. Əlbəttə ki, biz Azərbaycan
hökuməti ilə kənd təsərrüfatı sahəsinin prioritet inkişaf
istiqamətləri üzrə əməkdaşlığı gələcəkdə də davam etdirmək
niyyətindəyik”, – o qeyd edib.

Mehdiyev, həmçinin, Azərbaycanda istehsal olunan kənd
təsərrüfatı məhsullarının nominal dəyərində illik 4% artımın
müşahidə olunduğunu əlavə edib.

Qeyd edək ki, FAO-nun əsas məqsədi Azərbaycanda qida
məhsullarının və tullantıların idarə olunması sahəsində layihələrə
dəstəyə yönəlib. Tərəflər birlikdə kənd təsərrüfatı sahəsində
60-dan yuxarı layihə reallaşdırıb, xüsusən də ölkənin bölgələrində
kənd təsərrüfatı mühiti, o cümlədən, qida təhlükəsizliyi
yaxşılaşdırılıb.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button