FAO Azərbaycanda əsas diqqətini məhsul keyfiyyətinin yaxşılaşdırılması layihələrinə yönəldib

Bakı. Trend:
BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatı (FAO) Azərbaycanda
əsas diqqətini məhsul keyfiyyətinin yaxşılaşdırılması üzrə
layihələrin reallaşdırılmasına və ətraf mühitin mühafizəsinə
yönəldib.
Trend-in məlumatına görə, bu barədə təşkilatın Mərkəzi Asiya
üzrə subregional koordinatoru Viorel Gutu Türkiyə və Azərbaycandakı
FAO nümayəndəliklərinin birgə fəaliyyətinə həsr olunmuş regional
seminar zamanı deyib.
Onun sözlərinə görə, bu istiqamətdə bütün ölkələr səylərini
birləşdirməlidir.
“Türkiyə bu sahədə böyük təcrübəyə malikdir və biz hesab edirik
ki, bugün artıq bu məsələlər üzrə böyük nailiyyətlər əldə olunub.
Düşünürəm ki, bügunkü tədbir bu tərəfdaş proqramlar çərçivəsində
əməkdaşlığımızın gücləndirilməsi üçün təməl rolunu oynayacaq”, –
V.Gutu əlavə edib.
Xəbər yenilənəcək