İqtisadiyyat

Enagas TAP səhmlərinin əldə edilməsi üzrə sövdələşmənin dəyərini açıqlayıb

Bakı. Trend:

Trans-Adriatik boru kəməri konsorsiumunda Axpo şirkətinin Enagas
ispan şirkəti tərəfindən 4 faizlik payının əldə edilməsi üzrə
sövdələşmənin dəyəri 168 milyon avro təşkil edib.

Trend bu barədə Enagas şirkətinə istinadən xəbər verir.

Beləliklə, ispan şirkətinin TAP-da payı 16%-dən 20%-ə
qalxıb.

“Bu sövdələşmə Enagas şirkətinə Avropada təhlükəsizliyin
möhkəmləndirilməsi və dekarbonizasiyaya şərait yaradılması üzrə
2022-2030-cu illəri əhatə edən Strateji planın məqsədlərinə nail
olmaqda kömək edəcək”, – şirkətdən deyilib.

Axpo şirkətinin 5 faizlik payının 1 faizi isə Fluxys şirkəti
tərəfindən əldə olunub.

Enagas şirkəri Axpo səhmlərinin satın alınması üzrə bu iki
sövdələşmə sayəsində Avropa İttifaqının bu strateji
infrastrukturunda sistemin avropalı operatorlarının rolunun
gücləndiyini qeyd edib ki, bu da təhlükəsizliyin təmin olunmasında
və dekarbonizasiya məqsədlərinə nail olmaqda irəliləyişə səbəb
olur.

Qeyd edək ki, Axpo özünün Trans-Adriatik boru kəmərindəki 5
faizlik payını Fluxys и Enagas S.A. səhmdarlarına satır. Alqı-satqı
müqaviləsinə əsasən Belçikanın Fluxys şirkəti Axpo səhmlərinin
1%-ni, ispaniyanın Enagás şirkəti isə 4%-ni əldə edəcək. Beləliklə,
hər iki şirkət bp (20%), SOCAR (20%) və Snam (20%) şirkərlərinin də
daxil olduğu TAP konsorsiumunda 20% səhm əldə edəcəklər”, –
şirkətin məlumatında deyilir.

Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edən TAP hər il
İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər
birinə isə bir milyard kubmetr həcmində qaz tədarük edir.

2020-ci il dekabrın 31-i Azərbaycan qazının Cənub Qaz Dəhlizi
vasitəsilə Avropaya tədarükü başlayıb. Azərbaycan tarixdə ilk dəfə
TAP vasitəsilə öz təbii qazını Avropa bazarına nəql edib. Dünyada
təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla
Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button