Dekabr ayında Türkiyə limanları 32 milyon tondan çox yük qəbul edib

Bakı. Trend:
Keçən ilin dekabr ayında Türkiyə limanları 32 milyon 34 min 790
ton yük qəbul edib.
Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur
Nazirliyindən məlumat verilib.
Qeyd edilən dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə
daxili limanlara yük qəbulu 2 milyon 536 min 487 ton təşkil
edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında
gəmilərlə yük daşınması 29 milyon 498 min 303 ton olub”, – deyə
nazirlikdən bildirilib.
Bununla yanaşı, 2022-ci ilin dekabr ayında Türkiyə limanlarından
7 milyon 260 min 593 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, keçən ilin yanvar-dekabr
aylarında Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul
edib.
“2022-ci ilin yanvar-dekabr aylarında Türkiyə bayrağı altında
gəmilərlə yük qəbulu 28 milyon 443 min 135 min ton təşkil edib.
Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə
limanlarına yükdaşımalar 365 milyon 646 min 886 ton təşkil edib”, –
deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-dekabr aylarında
Türkiyə limanlarından 81 milyon 18 min 986 ton transit yük
daşınıb.