İqtisadiyyat

Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulub (FOTO/VİDEO)

Bakı. Trend:

Dövlət başçısının sərəncamına əsasən Daşkəsən rayonunun
Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulub. Yolun
uzunluğu 31 km təşkil edir.

AAYDA-dan Trend-ə verilən məlumata görə,
Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun torpaq yatağının eni 10,
hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir. 7 min
nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən bu yolun
11 km hissəsi köhnə, yararsız asfalt örtüklü, 20 km-lik hissəsi isə
torpaq əsaslı yoldan ibarət idi. Sözsüz ki, bu, vətəndaşların rahat
gediş-gəlişinə maneə yaradırdı.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən IV
texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla təkmilləşdirilən
yolun yenidən qurulması ilə bu problemlər geridə qalıb.

Tikinti layihəsinə uyğun yolboyu torpaq işləri, yol yatağı və
yol əsasının, yolun 4.2 km-lik hissəsində dördbucaqlı su keçidinin
inşası aparılıb. Sadalanan işlərə paralel olaraq yolun altından
suların ötürülməsini təmin etmək məqsədilə zəruri yerlərdə 68
suötürücü boru quraşdırılıb.

“İnşaat Norma və Qaydaları”na əsasən yola 2 laydan ibarət yeni
asfalt-beton örtüyü döşənib.

Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan tikinti
işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici
lövhələrin, siqnal dirəklərinin quraşdırılması, yolun üfüqi
nişanlanma xətlərinin çəkilməsi işləri icra olunub.

Avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli
rahatlaşıb, yük və sərnişin daşınması asanlaşıb.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button