“CityNet” yeni internet saytını istifadəyə verdi

Bakı. Trend:
Abunəçilərinə təqdim etdiyi yüksək sürətli internet və
keyfiyyətli TV xidməti ilə daima fərqlənən “CityNet” internet
provayderi yeni rəsmi internet saytını istifadəyə təqdim edib.
“CityNet”in yeni internet saytı müasir dizaynı, funksionallığı,
asan naviqasiyanı, eləcə də sayt vasitəsilə xidmətlərə görə onlayn
odəniş sistemini özündə cəmləşdirir. Daima abunəçilərinin
rahatlığını düşünən “CityNet” yeni internet saytı üzərindən
xidmətlərə asanlıqla qoşulmaq üçün müraciət imkanını da təqdim
edir. Müraciət üçün hər hansı bir sənədə ehtiyac yoxdur.
Yeni intenet saytında istifadəçilər şirkətin xidmətlərini,
tariflərini və son xəbərlərini asanlıqla izləyə bilər, həmçinin
onları maraqlandıran müxtəlif suallara tez-tez verilən suallar
bölməsindən rahatlıqla cavab tapa bilərlər.
“CityNet” yüksək sürətli sabit internet, ev telefonu xətti və
rəqəmsal TV (40 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri
təqdim edən və daim inkişaf edən internet provayderidir.
Quraşdırılma xidməti abunəçilərə 24 saat ərzində təqdim edilir.
Qoşulma şərtləri, yeni və mövcud tariflər, kampaniyalar, həmçinin
texniki dəstək üçün *1177 və (012) 5377777 nömrələri ilə əlaqə
saxlamaq mümkündür. Xidmətin hər hansı ünvanda mövcudluğunu
şirkətin veb saytından və ya müştəri xidmətlərinə müraciət etməklə
yoxlamaq olar. Daha ətraflı məlumatı www.citynet.az rəsmi internet saytına
keçid edib əldə etmək mümkündür.