Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər təsdiqlənib

Prezident İlham Əliyev Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
“Qaynarxett” xəbər verir ki, sənəd “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar imzalanıb.
Belə ki, Cinayət Məcəlləsinə aşağıdakı dəyişikliklər edilib:
1.1. 32.5-ci maddədən “pul vəsaitlərini və ya digər” sözləri (hər iki halda) çıxarılsın;
1.2. 99-1.1.2-ci (hər üç halda), 99-1.1.3-cü və 99-8.2-ci maddələrdən “pul vəsaitləri və ya digər” sözləri çıxarılsın;
1.3. 193-1-ci maddə üzrə:
1.3.1. adından və 193-1.1-ci maddədən “pul vəsaitlərini və ya digər” sözləri çıxarılsın;
1.3.2. 193-1.1.1-ci maddədən “pul vəsaitləri və ya digər”, “pul vəsaitlərinin və ya digər” və “pul vəsaitlərindən və ya digər” sözləri çıxarılsın;
1.3.3. 193-1.1.2-ci maddədən “pul vəsaitləri və ya digər” sözləri (hər iki halda) çıxarılsın;
1.3.4. 193-1.3.2-ci maddədə “külli” sözü “xeyli” sözü ilə əvəz edilsin;