Cəmiyyət
“Brent” markalı neftin qiyməti 85 dolları ötüb

Bakı. Trend:
Londonun “ICE” birjasında “Brent” markalı neftin iyun
fyuçerslərinin qiyməti martın 7-dən bəri ilk dəfə bir barel üçün 85
dolları ötüb.
Trend-in
məlumatına görə, bu barədə ticarət platformasından məlumat
verilib.
Saat 02:09-a (GMT+4) olan məlumata görə, “Brent” markalı neftin
qiyməti 6,43% artaraq bir barrel üçün 85,03 dollar olub.